Xoş gördük səni, əziz dost! Mən, Aysel Quliyeva, Bakıda doğulub böyümüşəm. 6 yaşımdan Bülbül adına orta ixtisas musiqi məktəbində musiqi təhsili almışam və elə o vaxtdan ilk musiqilərimi yazmağa başlamışam. Gənc bəstəkarlar üçün keçirilən bir çox müsabiqələrin iştirakçısı və qalibi olmuşam. Dinləyicilər tərəfindən çox sevilən hit mahnıların musiqi müəllifiyəm . Hazırda bəstəkarlıq fəaliyyətimi davam etdirirəm, estrada ifaçılarımızla əməkdaşlıq edirəm və film saundtrekləri üzərində çalışıram.
Yeni musiqilərimdən xəbərdar olmaq üçün saytımdakı yenilikləri izləyin!